Erdoğan: Türkiyə artıq qlobal səviyyədə səhiyyə xidməti göstərir
Prezident Rəcəb Tayyib Erdoğan bildirib: “Artıq yalnız bölgəmizdəki ölkələrin vətəndaşlarına deyil, xüsusilə Avropa ölkələri başda olmaqla, qlobal səviyyədə səhiyyə xidməti göstərə bilən bir ölkə mövqeyinə çatmışıq”.
Prezident Rəcəb Tayyib Erdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən “11-ci Tibb Qurultayı və TÜSEB Aziz Sancar Elm, Xidmət və Təşviq Mükafatları” mərasiminə qatılıb.
Erdoğanın çıxışından əsas məqamlar:
“Tibb camiasının dəyərli nümayəndələri, dost və qardaş ölkələrdən gələn hörmətli nazirlər və heyət rəhbərləri, Səhiyyə Nazirliyimizin və Türkiyə Sağlamlıq İnstitutlarının dəyərli üzvləri, dəyərli qonaqlar-hamınızı ən səmimi duyğularla, hörmət və sevgi ilə salamlayıram. Sizlərin simasında həkimdən tibb bacısına, ebədən xəstə baxıcısına, laborantdan texnikə qədər, istər dövlət, istərsə də özəl sektorda millətimizə xidmət edən bütün tibb işçilərinə salam və sevgilərimi çatdırıram”.
TRT Haber
Səadət Əlizadə