Erdoğan: Türkiyə qlobal səhiyyə xidmətində liderdir
Prezident Erdoğan “11-ci Tibb Qurultayı və TÜSEB Aziz Sancar Mükafatları” tədbirində Türkiyənin artıq yalnız bölgə deyil, Avropa ölkələrinə də səhiyyə xidməti göstərə bilən bir ölkə olduğunu bildirib.
O, insan həyatının ən qiymətli varlıq olduğunu vurğuladı və son 23 ildə səhiyyə sahəsində əldə olunan nailiyyətləri, xəstəxana yenilənmələri və yeni şəhər xəstəxanalarının açılmasını təqdim edib. Erdoğan həmçinin tibb təhsili, yerli dərman və tibbi cihaz istehsalının əhəmiyyətini qeyd etdi və gələcək inkişaf üçün elm adamları ilə birgə çalışacaqlarını bildirib.
TRT Haber
Mələk Hüseynova