Erməni cəmiyyəti də, Paşinyan da xəstədir
Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsini parçalaya bilər.
“Biz də, kilsə rəhbərləri də bilirlər ki, çatışmazlıqlar var. Baş nazir bunu beş il əvvəl bilib, bəs niyə o zaman heç bir tədbir görülməyib? Çünki o zaman buna ehtiyac yox idi, indi isə var. Fikrimcə, ən yaxşı halda Paşinyan kilsəni parçalamağa, diasporanı yenidən bölməyə nail olacaq”, - o qeyd edib. Ağazaryan həmçinin qeyd edib ki, erməni cəmiyyəti də, Nikol Paşinyan da xəstədir: “Ola bilsin, sindromlar ona az təsir edib, çünki o güclü bir şəxsiyyətdir”.
Bu mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a bildirib ki,ilk olaraq demək lazımdır ki, kilsə Ermənistan yeparxiyasında çox böyük rol oynayır:
“Ermənistan cəmiyyəti dindar bir cəmiyyət olduğuna görə, həm Ermənistan, həm də Ermənistan kilsəsi burada mühüm yer tutur. Kilsə təkcə ictimai sahədə deyil, həm də siyasi müstəvidə böyük təsirə malikdir. Çünki kilsənin verdiyi fətvalar hər zaman Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olub.Eyni zamanda, kilsə Ermənistan cəmiyyətində lobbiçilik fəaliyyətinə, diasporlarla əməkdaşlığa və siyasi baxımdan mühüm addımların atılmasına da təsir göstərib. Ermənistan rəhbərləri çox vaxt kilsəni və onun rəhbərlərini özlərinə tərəfdaş kimi seçiblər.Lakin bu dəfə biz gördük ki, kilsə ilə indiki baş nazirin — yəni Paşinyanın rəhbərlik etdiyi hökumətin fikirləri tamamilə ziddir. Kilsə, indiki rəhbərlikdən fərqli olaraq, Ermənistanın keçmiş kursda qalmasını istəyir. Qarabağ məsələsində də onlar eyni, köhnə düşüncələri müdafiə edirlər.Kilsə həmçinin xaricdəki erməni lobbiləri ilə sıx əməkdaşlıq edir və bu da bugünkü hakimiyyətlə fikir ayrılıqlarını dərinləşdirir. Kilsə rəhbərləri müxalifətə və keçmiş rəhbərlərə açıq şəkildə dəstək verdikləri üçün ölkədə ciddi qarşıdurmalar yaranıb.Bunun nəticəsində Paşinyan kilsədə baş verən proseslərlə bağlı kəskin mövqe sərgiləyib və kilsə rəhbərini xalqın maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham edib. Bu, onu göstərir ki, kilsə artıq dövlətlə eyni siyasi kursu paylaşmır. Fikir ayrılıqları artdıqca, təbii ki, maraqlar da toqquşur.Paşinyanın kilsəyə qarşı başladığı bu “səlib yürüşü” əslində Ermənistanın xeyrinə hesab olunur. Çünki kilsənin təbliğ etdiyi ideologiya ölkəni geriləməyə aparır. Ermənistan bu gün yeni mərhələyə keçmək, Qarabağ müharibəsindən və regiondakı hadisələrdən nəticə çıxarmaq istəyir. Lakin kilsə nə sülh prosesinə, nə də Azərbaycanla münasibətlərin normallaşmasına razılıq verir.Kilsənin verdiyi fətvalar cəmiyyətdə fikir ayrılıqlarını daha da dərinləşdirir və bu da hökumətin gördüyü işlərə ziddir. Buna görə də dövlətlə kilsə arasında ciddi qarşıdurma yaranıb.Paşinyan bu məsələdə ciddi qərar qəbul edib: kilsəni tamamilə yeniləmək və orada dövlət siyasətinə sadiq insanların yer almasını təmin etmək istəyir. Əgər kilsə dövlətlə birgə hərəkət etsə, regiondakı proseslərə, Azərbaycanla sülh müqaviləsinə və Zəngəzur dəhlizinə müsbət yanaşma formalaşa bilər. O zaman Ermənistan cəmiyyətində parçalanma da azalacaq.Lakin hazırda kilsə və müxalifətin yaratdığı vəziyyət ölkədə siyasi və ictimai parçalanmaya səbəb olur ki, bu da həm region, həm də Ermənistanın özü üçün ciddi problemlər yaradır”.
Cavahir Əsgərbəyli