Ermənistan Avropa İttifaqı və Rusiya arasında seçimini edib
“Əlbəttə, iqtisadiyyatlarımız bir-birinə bağlıdır. Ölkənin enerji sisteminin Rusiyaya çox güclü bağlılığı var”.
"İnformator.az" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib.
“Onlar bizim əsas iqtisadi-ticari tərəfdaşlarımızdan biridir. Amma biz artıq hər şeyi, o cümlədən iqtisadiyyat, ticarət, təchizat bazarları və sairi şaxələndiririk. Həmçinin Ermənistanda qəti şəkildə rusiyayönlü hakimiyyətə çevrilməyin zəruriliyində daim təkid edən siyasi qüvvələr var. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, Ermənistan vətəndaşlarının həll etməli olduğu məsələdir. İnsanların ölkənin taleyini müstəqil şəkildə təyin etmək imkanı var. Bu, seçkilərlə mümkündür. Əvvəlki seçkilərdə partiyamız səslərin çoxunu toplayıb. 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində ciddi daxili siyasi böhrandan (o cümlədən müharibədə Azərbaycana məğlubiyyətdən – red.) sonra dəstək aldıq”, - nazir bildirib.