Ermənistan İranla birgə hərbi təlimlərə başlayır
Ermənistan və İran birgə hərbi təlim keçirəcəklər.
Bu mövzuyla bağlı “İnformator.az”a politoloq Oqtay Qasımov bildirir ki, İran və Ermənistanın birgə hərbi təlimlərə başlaması Azərbaycanı heç də məmnun etmir:
“Amma nəzərə alsaq ki, İranda Azərbaycana birəbir dost deyil. Dostyana olmayan hərəkətlər edərək Ermənistanla xüsusi münasibətlərə daxil olur. Onların birgə hərbi təlimlər keçirməsi, sözsüz ki, bizim İranla olan münasibətlərimizə müəyyən qədər xələl gətirsə də, diplomatik fəaliyyətin hansısa formada dəyişməsinə gətirib çıxaracaq bir mövzu deyil. Çünki, İran müstəqil bir dövlətdir və hansı dövlətlərlə hansı əlaqələr quracağını özlərinin biləcəyi işdir. Azərbaycan sadəcə olaraq qonşu İranla bu tip addımların atılmamasını gözləyirdi. İran və Ermənistanın birgə olan bu təlimləri bir növ Azərbaycana mesaj da sayıla bilər. Çünki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyirlər və İranda dəhlizin açılmasının əleyhinə olan bir dövlətdir. Məhz bu təlimlər vasitəsi ilə onu göstərirlər ki, mən Zəngəzur dəhlizinin keçdiyi ərazidə təlimlər həyata keçirirəm və mənim burda maraqlarıma zidd olan hansısa addımlara qarşı güc tətbiq etməklə cavab verə bilərəm. Eyni zamanda bu təlimlər vasitəsi ilə İran həmdə Ermənistan cəmiyyətində özünə qarşı sevgi qazanmağa çalışır. Digər tərəfdən Ermənistanın İranla təlimlər keçmisinə hətta Qərbin razılığı əsasında baş tutub. İran heç də Zəngəzur dəhlizi ilə bağlı söylədiyi fikirlər özünü fikri deyil, Qərbin bəzi dairələrinin fikrini çatdırıb".
Həmçinin politoloq öz şərhində söyləyirki, şübhəsiz, Azərbaycan bu cür təlimləri diqqətlə izləyir və yeni nəticələr çıxarır:
“İranla olan münasibətlərin inkişaf etməsində biz maraqlıyıq və istəyirik ki, bu münasibətlər qonşuluq əlaqələri olan mehriban münasibətlər olsun. Son zamanlarda İranın bu aktivliyini biz görürük. İranın tez-tez Azərbaycana etdiyi səfərlər və keçirilən görüşlər onu göstərir ki, İranda da müəyyən dairələr Azərbaycanla olan münasibətlərin yumşalmasında olan tərəfdədir. Sözsüz ki, Azərbaycan bu cür hadisələrdən nəticələr çıxarır və bütün istiqamətlərdə-təhlükəsizlik, informasiya, təbliğat və s. kimi məsələlər diqqət çəkir. İran və Azərbaycanın hərbi yaxınlaşması ilk növbədə bölgədə sülhün bərqərar olmasının əleyhinə yönəlmiş bir addımdır. İran əslində Azərbaycan və Ermənistan arasında sürətlə yaxınlaşmanın və sülhün bərqərar olmasında maraqlı deyil. Çünki, tərəflər sülh müqaviləsini imzalayacaqlarsa, münasibətlər normallaşacaqsa İranın o cümlədən, digər kənar qüvvələrin bölgəyə təsir imkanları azalacaq. Məhz bu səbəbdən Azərbaycan və Ermənistan arasında müəyyən gərginliyin qalmasında maraqlıdır. Təsadüfi deyildir ki, son zamanlar İran ekspertlərin verdiyi mesajlarda qeyd olunur ki, İran Ermənistanın hərbu təhlükəsizliyinə təminat verməyə və dəstəkləməyə hazırdır. Bütün bunlar çox ciddi bir məqamlardır. Bu yaxınlaşma nəinki Azərbaycana bölgədəki bütün sabitliyə müəyyən risklər yaradacaq”.
Aysel Mirzəyeva