00:00:00
Yazar
Admin User
19.09.2025 18:23 97 2 dəq oxuma
Siyasət

“ Ermənistan konstruktiv tərəfdaş rolunda çıxış etməyə hazırdır”

“ Ermənistan konstruktiv tərəfdaş rolunda çıxış etməyə hazırdır”

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yola düşür.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan-Ermənistan münasibətlərində yeni bir səhifə açmaq potensialına malikdir:

 

“Bu uzun müddət düşmənçilik şəraitində olmuş iki ölkənin təhlükəsizlik strukturlarının birbaşa təmas qurması baxımından əhəmiyyətli hadisədir. Əgər tərəflər arasında real dialoq yaranarsa, bu həm sülh müqaviləsi prosesini, həm də sərhəddə etimadın möhkəmlənməsini sürətləndirə bilər. Lakin bu addımın davamlı nəticələr verməsi tərəflərin qarşılıqlı siyasi iradəsindən asılı olacaq. Səfərin gündəliyinə nəzər salanda görmək olar ki, əsas müzakirə mövzuları sırf siyasi deyil, daha çox təhlükəsizlik xarakteri daşıyır. Çünki hazırda regionda sərhədlərin müəyyənləşdirilməsi, sərhəd insidentlərinin qarşısının alınması, kommunikasiyaların açılması və etimad quruculuğu kimi məsələlər ən aktual problemlərdir. Bu çərçivədə təhlükəsizlik qurumlarının dialoqu siyasi qərarların icrasını texniki və praktiki müstəviyə daşımaq baxımından mühüm addım hesab olunur. Eyni zamanda bu səfər Ermənistanın xarici siyasətində balans axtarışlarının bir parçası kimi də dəyərləndirilə bilər. İrəvan son dönəmlərdə Rusiyanın təsirindən müəyyən qədər uzaqlaşaraq Qərbə inteqrasiya etməyə çalışır. Lakin Azərbaycanla birbaşa danışıqlara getməsi göstərir ki, Ermənistan yalnız Qərbin dəstəyinə güvənməklə kifayətlənmək istəmir, regiondaxili münasibətləri də nizamlamağın vacibliyini anlayır. Bu baxımdan Simonyanın səfəri həm Rusiya, həm də Qərbə mesaj xarakteri daşıyır. Ermənistan konstruktiv tərəfdaş rolunda çıxış etməyə hazırdır”.


Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər