00:00:00
Yazar
Admin User
22.10.2025 15:43 142 2 dəq oxuma
Siyasət

Ermənistan-Rusiya münasibətlərində gərginlik

Ermənistan-Rusiya münasibətlərində gərginlik

Ermənistan-Rusiya münasibətlərində son günlər gərginlik yenidən artmaqdadır. Bu dəfə səbəb Rusiyanın erməni vətəndaşları üçün müəyyən etdiyi yeni miqrasiya qaydalarıdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xasay Gəraylı “İnformator.az”a bildirib ki, yük maşını sürücülərinin etirazı və yeni miqrasiya qaydalarının təsiri Ermənistan və Rusiya arasında son aylarda müşahidə olunan siyasi və iqtisadi gərginlik, postsovet məkanında dəyişən güc balansını əks etdirən mühüm proseslərdən biridir:

 

“Xüsusilə Rusiya ərazisində Ermənistan nömrəli yük maşınlarının hərəkətinə dair tətbiq edilən yeni miqrasiya və gömrük qaydaları, iki ölkə münasibətlərində illərdir mövcud olan asılılıq modelinin sarsıldığını göstərir. Bu hadisələr ilk baxışda texniki və ya iqtisadi xarakter daşısa da, onların arxasında dərin siyasi məzmun dayanır. Məsələ yalnız sərhəd keçidi və sənədləşmə tələbləri ilə məhdudlaşmır — burada Rusiya və Ermənistan arasında geosiyasi kurs fərqləri və qarşılıqlı etimad böhranı özünü göstərir. Sovet İttifaqının dağılmasından sonra Ermənistan üçün Rusiya həm təhlükəsizlik təminatçısı, həm də əsas iqtisadi tərəfdaş olub. Ermənistanın Rusiya hərbi bazalarına ev sahibliyi etməsi və Avrasiya İqtisadi İttifaqı ilə KTMT-də üzvlüyü, bu münasibətləri strateji müttəfiqlik səviyyəsinə gətirib. Lakin son illərdə Ermənistanın xarici siyasətində müşahidə olunan istiqamət dəyişikliyi — Qərb strukturları ilə yaxınlaşma və müstəqil qərarvermə təşəbbüsləri — Moskva ilə münasibətləri soyuqladıb. Rusiya tərəfi bu dəyişiklikləri öz regional təsir dairəsinə təhlükə kimi qiymətləndirir. Ermənistan isə müharibə sonrası dövrdə Rusiya təhlükəsizlik sisteminə olan etibarının azaldığını açıq şəkildə göstərir".

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər