Ermənistan və Azərbaycan arasında dialoq üçün platforma olacağıq
ATƏT PA-nın Prezidenti deyib ki, Ermənistan və Azərbaycan arasında dialoq üçün platforma olacağıq.
Mövzu ilə bağlı "İnformator.az"a politoloq Elçin Xalidbəyli bildirib ki, ATƏT'in və yaxud da ATƏT'in Parlament Assambleyasının Azərbaycan və Ermənistan arasında bütün müzakirələrdə platforma olması tamamilə mümkün olmayan bir məsələdir:
“Belə bir iddianın ortaya atılması absurd və məntiqsiz bir yanaşma tərzidir. Çünki birincisi, ATƏT'in Minsk qrupu belə ləğv olunub. Yəni, ATƏT'in tərkibinə daxil olan bir qurumu idi, 30 il 35 il vasitəçilik elədi, ortaya heç bir nəticə çıxartmadı, əksinə problemi daha da dərinləşdirdi, ermənipərəst mövqedən çıxış elədi və nəticədə Azərbaycanın xüsusi təzyiqləri ilə ATƏT in Minsk qrupu ləğv olundu. İndi əgər ATƏT'in Minsk qrupu ləğv olunubsa, ATƏT'in özü və yaxud da ATƏT'in Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında hansı dialoqa platforma ola bilər? Bu barədə ATƏT'in Parlament Assambleyasının prezidenti bir izah versəydi, daha anlaşıqlı olardı. ATƏT'in Minsk qrupu sübut elədi ki, bu qurum, yəni ATƏT hər hansı bir regional və yaxud da qlobal məsələyə platforma olmaq qabiliyyətində deyil. Bu təşkilatın heç bir təsir mexanizmi mövcud deyil. Belə olan şəraitdə belə bir iddia da absurd xarakter daşıyır. ATƏT'in ümumiyyətlə regional problemlərə, o cümlədən də Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına hər hansı bir yeni yanaşma tərzi müşahidə olunmur. Müşahidə olunma ehtimalı da yoxdur. Çünki heç bir əhəmiyyəti olmayan, müzakirə klubu səviyyəsində fəaliyyət göstərən bir qurumdan hansısa ciddi bir məsələnin həllini gözləmək sadəlövhlük olardı. Digər tərəfdən, məsələnin ən önəmli məqamı ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasındakı müzakirələrə, yəni sülh müzakirələrinə hər hansı bir vasitəçiyə də ehtiyac yoxdur".
Reyhan Quliyeva