00:00:00
Yazar
Admin User
26.05.2025 15:22 195 1 dəq oxuma
Dünya

Ermənistan və Slovakiya müdafiə əməkdaşlığı barədə razılığa gəlib

Ermənistan və Slovakiya müdafiə əməkdaşlığı barədə razılığa gəlib

Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub.

 

Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib, tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər.


Qeyd olunur ki, görüş Slovakiyanın Baş naziri Robert Fitsonun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər