Ermənistanda kilsədə qətl baş verib
Ermənistanın Kotayk vilayətində kilsədə qətl hadisəsi baş verib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dini mərasim zamanı 57 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.
Şübhəli kimi 28 yaşlı gənc saxlanılıb. Onun psixi xəstə kimi qeydiyyatda olduğu vurğulanıb.