00:00:00
Yazar
Admin User
13.10.2025 18:52 185 1 dəq oxuma
Siyasət

Ermənistanın da Ərəb ölkələri ilə habelə ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi olsun”

Ermənistanın da Ərəb ölkələri ilə habelə ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi olsun”

Ermənistanın Baş nazir Nikol Paşinyan oktyabrın 13-də Misir Ərəb Respublikasına işgüzar səfərə gedəcək.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan baş naziri özünü daha demokratik və sülhpərvər göstərmək üçün bu kimi tədbirlərlə can atır:


“Mümkündür ki, Ermənistanın da Ərəb ölkələri ilə habelə ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi olsun. Ermənistan təbii ki, uzun illər dünyada işğalçı dövlət kimi tanınıb və Azərbaycan torpaqlarını uzun müddət istismar edib. İndi də öz xoşluğu ilə deyil, müharibədə məğlub olduqdan sonra sülhə məcbur olub. Ona görə onun Qəzza sammitində yalnız müşahidəçi kimi iştirak haqqı ola bilər. Lakin əvvəlki hakimiyyətlərdən fərqli olaraq baş nazir Paşinyanın sülh və sabitliyin bərpasına can atması müsbət qiymətləndirilə bilər. Təbii ki, burada söhbət sülhdən gedirsə Ermənistan da öz maraqları üzərindən hərəkət edəcək. Xarici siyasətində İsrail və Qəzzaya münasibətdə normativ prinsipləri qorumaqla istiqamət müəyyən etməlidir. Təbii ki, hazırki proseslərdə əsas güclər Ermənistanı da öz maraqları çərçivəsində istifadə etmək üçün cəlb etməyə çalışacaqlar. Lakin Ermənistan əsas Azərbaycan və Türkiyə ilə münasibətlərin qorunmasını və sülh prosesinə xələl gətirməməyi əsas götürsə bu kimi vəzifələrin icrasına töhfə verə bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər