00:00:00
Yazar
Admin User
11.04.2025 17:40 223 1 dəq oxuma
Siyasət

Ermənistanın Dezinformasiya Taktikası: Sülhə Təhdid və Daxili Manipulyasiya

Ermənistanın Dezinformasiya Taktikası: Sülhə Təhdid və Daxili Manipulyasiya

Ermənistanın bəzi xəbər saytlarında yayılan xəbərlərə görə, Azərbaycan Ordusu Ermənistanla şərti sərhədə toplaşıb və qoşun yığıb. İqtidar isə bu xəbəri təkzib edib və belə bir halın olmadığını, əhalinin yalnızca Ermənistan Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə inanmalı olduğunu bildirib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, burada əsas məqsəd daxili auditoriyaya yönəlib ki, əhalinin diqqətini iqtisadi problemlərdən yayındırmaq və manipulyasiya etməkdir:

 

"Bu Ermənistanda artıq adət halını alıb. Onlar böyük bir toqquşmaya getmədən öncə Azərbaycana qarşı dezinformasiya xarakterli məlumatlar yaymaqdadırlar. Əlbəttə ki, Azərbaycan Ordusunun Ermənistanla şərti sərhəddə toplanması ilə bağlı hər hansı məlumat yoxdur. Görünür, Ermənistan Ordusu silahlanmasını bununla ört-basdır etməyə çalışır. Digər tərəfdən, düşünürəm ki, burada əsas məqsəd daxili auditoriyaya yönəlib ki, əhalinin diqqətini iqtisadi problemlərdən yayındırmaq və manipulyasiya etməkdir. Bunu Paşinyan administrasiyasının siyasi manipulyasiyası kimi qiymətləndirmək olar. Ona görə də, düşünürəm ki, sülh danışıqlarının getdiyi dövrdə belə açıqlamaların verilməsi sülh quruculuğuna balta vuran addımlardır və çox ciddi nəticələri ola bilər. Amma Azərbaycan açıq şəkildə bildirir ki, regionda təhlükəsizliyin təmin olunması üçün əlimizdən gələn bütün addımları atırıq və bir neçə gün öncə İlham Əliyevin söylədiyi fikirlərdə sülh prosesində Azərbaycanın qərarlı olduğunu görə bilərik.

 

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər