00:00:00
Yazar
Admin User
30.11.2025 13:39 166 2 dəq oxuma
Siyasət

Ermənistanın illərlə əldə etdiyi gəlir Qarabağ və Şərqi Zəngəzurdandır

Ermənistanın illərlə əldə etdiyi gəlir Qarabağ və Şərqi Zəngəzurdandır

“Azərbaycanın keçmişdə işğalda olan ərazilərindəki təbii sərvətləri Ermənistanın istismar etməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bununla bağlı həm beynəlxalq, həmçinin yerli mediada kifayət qədər faktlar əksini tapıb. Eyni zamanda həm vətəndaş cəmiyyəti institutlarının, həm də Azərbaycanın müvafiq dövlət qurumlarının bununla bağlı geniş hesabatları da var”,-Politoloq Elməddin Behbud bu fikirləri “İnformator.az” a açıqlamasında bildirib.

 


Politoloq qeyd edib ki, 8 noyabr Zəfərindən sonra məğlub olan Ermənistan artıq müxtəlif media vasitələrində, parlament hesabatlarında, ayrı-ayrı dövlət rəsmilərinin və siyasi partiya nümayəndələri çıxışlarında etiraf etməyə başlayıblar ki, bütövlükdə Ermənistanın taxıl tələbatının önəmli bir qismini keçmişdə işğalda saxladıqları Qarabağ və Şərqi Zəngəzurdan toplanır:

 

“2020-ci ildə işğalda olan Azərbaycan torpaqlarında ermənilər 85 min hektar sahədə taxıl əkib. Maraqlıdır ki, eyni dövrdə Ermənistanda taxıl sahəsi 115 min hektar ərazini əhatə edib. Eyni zamanda meyvəçilik, əkinçilik və təbii filiz yataqlarının istismarından da Ermənistan böyük gəlir əldə edib. Azərbaycanın həmin ərazilərinin işğaldan azad olunması, 10 noyabr tarixli üçtərəfli Bəyannamədən dərhal sonra quruculuq işlərinə başlanılması ölkəmizin iqtisadiyyatına perespektiv planda önəmli töhfə verəcək. Cənab Prezident İlham Əliyev də bu yaxınlardakı çıxışında bildirib ki, biz yaxın aylarda Qarabağ və Zəngəzurdan yaxşı xəbərlər gözləyirik. Bu güman ki, təbii filiz yataqları, geoloji işlərin nəticələri ilə bağlı olacaq”.

 

Politoloq həmçinin vurğulayıb ki, artıq 5 ildir ki, şimalda Kəlbəcərdən tutmuş, cənubda Füzuliyə qədər keçmişdə işğalda olan bütün ərazilərdə nəhəng infrastruktur işləri görülür:


“Əhalinin doğma yurdlarında məskunlaşdırılması ilə bağlı aparılan böyük tikinti işlərinə paralel şəkildə əhalinin məşğulluğunun təmin olunması - iş yerlərinin açılması istiqamətində də müvafiq addımlar atılır. Bura həm yerli, həm də xaricdən investisiyaların cəlb olunması daxildir. Hazırda işğalda azad olunmuş ərazilərimizdə 62 mindən çox insan yaşayır. 2025-ci ilin sonunadək bu ərazidə məskunlaşan ailələrin sayı 10 min 270-ə çatacaq. 2026-cı ilin sonunadək isə burada 140 min insan məskunlaşacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizin bərpası və iqtisadiyyatın re-inteqrasiyası sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları həmin ərazilərimizin inkişafını stimullaşdırmaqla yanaşı, həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına da töhvə verməkdədir. Ümumilikdə Azərbaycanın dayanıqlı sosial-inkişafının təmin olunmasında sadalanan faktorlar qarşıdakı dövrdə müsbət mənada özünü göstərəcək”.

 

Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər