00:00:00
Yazar
Admin User
04.09.2025 12:01 112 1 dəq oxuma
Sosial

Estetik əməliyyatlar

Estetik əməliyyatlar

Son illərdə estetik əməliyyatlara maraq xeyli artıb. Xüsusilə gənclər arasında gözəllik standartlarına uyğunlaşmaq istəyi cərrahi müdaxilələri bir növ dəbə çevirib.

 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az”a bildirib ki, estetik əməliyyət artıq dəbə çevrilib, bilavasitə qadınlar arasında populyarlığını artıraraq öz aralarında yarış xarakteri daşıyır:

 

“Bizim cəmiyyət digər cəmiyyətlərlə müqayisədə estetik əməliyyat edənlərin sayında kəskin fərq müşahidə olunur.Əvvəllər belə əməliyyatlar sadəcə tibbi zərurət yarandıqda, lakin indi isə sanki sosial yarış xarakterilə baş verir. Bu isə insanların simasında yeknəsək bir mənzərəyə gətirib çıxardır. Bəlli bir vaxtdan sonra bu əməliyyata üz tutanlar öz peşmanlığını dilə gətirir. İnsan təbiətən ona verilənlər ilə özünəməssus bir hal alır. Hamının özünü eyni tərzə salması xoşagəlməz bir hal yaradır. Bəzən bu əməliyyatlar tibbi, səhhəti təhdid edən problemlərə səbəb olur. Bu proses kütlə psixologiyasının tipik nümunəsidir: insan öz qərarını deyil, ətrafdakıların qəbul etdiyi normaları təkrarlayır”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər