Estoniya ruslar və belaruslara daşınmaz əmlak almağı qadağan edəcək?
Estoniya hökuməti Rusiya və Belarus vətəndaşları üçün daşınmaz əmlakın alınmasına qadağa qoyulması imkanlarını nəzərdən keçirir.
Laanemetsin sözlərinə görə, onlar əldə edilmiş daşınmaz əmlakdan kəşfiyyat, təxribat və ya digər “anti-Estoniya fəaliyyətləri” üçün istifadə riskini azaltmağa yönəlmiş fəaliyyət proqramı hazırlayırlar.
O qeyd edib ki, hazırda ruslar və belaruslar üçün sərhədyanı ərazilərdə torpaqların alınmasına artıq məhdudiyyətlər var və gələcəkdə hökumət bu qadağanı Estoniyanın bütün ərazisini əhatə etməyi planlaşdırır.
