00:00:00
Yazar
Güllər Gülhüseynova
09.07.2026 19:43 30 1 dəq oxuma
İdman

Etiraf edək, hər klub "pley-off "a çıxa bilmir!- Ağa Dadaşov 

Etiraf edək, hər klub "pley-off "a çıxa bilmir!- Ağa Dadaşov

“Qarabağ” son illər avrokuboklarda qazandığı nəticələrlə artıq Avropada müəyyən nüfuz formalaşdırıb.


"Qarabağ güclü komandadı. Ötən il Avropada sözünüz çox yaxşı və keyfiyyətli deyə bilib. Yəni "pley-off" mərhələsinə düşmək, təsnifat komandalarl üçün deyil. Açığı etiraf etsək, hər bir komanda bunu bacarmaz".

 

Bu sözləri idman jurnalisti Ağa Dadaşov "İnformator.az" a açıqlamasında deyib. O qeyd edib ki, məhz buna görə rəqib "Qarabağ"dan çəkinir:


"Qarabağ"ın güclü olduğunu, nəinki rəqib, bunu hamı bilir. Bütün rəqiblər "Qarabağ"dan ehtiyat eləyir. Çünki artıq 10 ildən çoxdur ki, Avropada çox yaxşı çıxışlar edən Azərbaycan klubudur. Rəqib onun gücünü nəzərə alıb Azərbaycana gəlir. Oyunçuların oyun üslubu keyfiyyıtlidir, sürətli oynayırlar. Eyni zamanda oyun ərzində tempi, dəyişmə, balansı qoruma imkanlarına sahibdirlər. Ona görə müəyyən çətinlik ola bilər. Əminəm ki, "Qarabağ" oyun üslubunu analiz edib və daha yaxşı oyun göstərərək azarkeşləri sevindirəcək. İlk oyun səfərdə olacaq. Düzdür, uzun bir səfər bizi gözləyir. Amma hesab edirəm ki, Qurban müəllim bütün bu proses sistemini nəzərə alaraq həmin oyunlara uyğun plan quracaq və mərhələ bizim xeyrimizə yekunlaşacaq".


Zəhra Möhübbətova

#Qarabağ #Avropa #idman #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər