00:00:00
Yazar
Admin User
02.12.2025 08:31 91 1 dəq oxuma
Dünya

Etirazlarda sağlamlığa zərərli maddələrdən istifadə olunmayıb

Etirazlarda sağlamlığa zərərli maddələrdən istifadə olunmayıb

Gürcüstanın daxili işlər naziri Gela Geladze 2024-cü il etirazları zamanı DİN tərəfindən sağlamlığa zərərli hər hansı maddənin tətbiq edilməsi barədə iddiaları təkzib edib.

 

“İnformator.az” xəbər verir ki, nazir bildirib ki, hüquq-mühafizə orqanları yalnız qanunla təsdiqlənmiş şırnaq vasitələri və gözyaşardıcı qazdan istifadə edib:

 

“Bir daha deyirəm, istifadə olunan bütün vasitələr aparıcı ölkələrdə təsdiqlənmiş məhsullardır. Sağlamlığa təhlükəli heç bir maddə tətbiq olunmayıb”. 

 

Xatırladaq ki, “BBC” etirazçılara qarşı Birinci Dünya Müharibəsindən qalmış kimyəvi maddədən istifadə edildiyini iddia etmişdi. Gürcüstan hökuməti bu iddiaları “absurd” adlandırıb.

 

Hakim “Gürcü Arzusu” partiyası “BBC”yə qarşı beynəlxalq məhkəmələrdə hüquqi mübahisəyə başladığını açıqlayıb. Bununla yanaşı, Dövlət Təhlükəsizlik Xidməti yayılan məlumatlarla bağlı araşdırma aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər