Etna vulkanı lava püskürməyə başladı! Region üçün "Qırmızı" kodu olan xəbərdarlıq mesaj
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna lava püskürməyə başlayıb. Hündürlüyü 10 kilometrə çatan kül buludlarının cənub-şərqə doğru irəlilədiyi öyrənilərkən, bölgədən keçən təyyarələr üçün "Qırmızı" kodlu xəbərdarlıq mesajı paylaşılıb.
Siciliya adasında yerləşən və təxminən 3 min 30 metr yüksəklikdə olan Etnada vulkanik fəaliyyət davam edir. Lava partlayışlarının baş verdiyi bölgədə uçuşlarda fasilələr var.
Aeroportun bir hissəsi bağlanacaq
2023-cü ilin dekabrında güclü şəkildə kül və lava səpdikdən sonra bu ilin iyul ayına qədər səssiz qalan Etna yenidən aktivləşib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu vulkandan lava püskürdüyünü, hündürlüyü 10 kilometrə çatan kül buludlarının cənub-şərqə doğru irəlilədiyini qeyd edib.
Etnadakı vulkanik aktivliyə görə Kataniya Fontanarossa hava limanında uçuşlar dayandırılıb. Hava limanı rəsmiləri, gələn uçuşların saatda altıya endiriləcəyini və hava limanının bir hissəsinin bağlanacağını açıqladılar.
Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında iyulun əvvəlindən bəri tez-tez vulkanik aktivlik müşahidə olunur.
Mənbə:Haberler.com
Zeynəb Mustafazadə
