00:00:00
Yazar
Admin User
13.10.2023 17:17 312 1 dəq oxuma
Sosial

FÜZULİYƏ QAYIDIŞ DAVAM EDİR

FÜZULİYƏ QAYIDIŞ DAVAM EDİR

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Füzuliyə daha 21 ailə, 88 nəfər köçürülüb.

 

İnformator.az ARB 24-ə istinadən xəbər verir ki, Qarabağa doğru yol alan yük maşınları hazır vəziyyətdədir. Füzuliyə doğru hərəkət etməyə hazırlaşan maşınlar artıq keçmiş məcburi köçkünlərimizin əşyalarını mənzil başına çatdıracaq. Bakının Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan köç karvanı daha bir qrup Füzuli sakinin 30 illik torpaq həsrətinə son qoyur.

 

Keçmiş məcburi köçkün Fariz Əliyev fikirlərini bölüşüb. "Allah şəhidlərimizə rəhmət eləsin. Bu sevinci onlara borcluyuq. Ali Baş Komandanın, şəhidlərin, qazilərin sayəsində torpaqlarımıza qayıdır".

 

Köçkünlərdən Seymur Hüseynov isə deyir ki, "Füzulidən çıxanda 11 yaşım var idi. Mənim indi 41 yaşım var və doğma doğma vətənimə qayıdıram. Qalan ömrümüzü orada yaşamaq üçün əlimdən gələni edəciyik".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər