00:00:00
Yazar
Admin User
20.08.2024 15:11 452 1 dəq oxuma
İdman

"Fenerbahçe"də ayrılıq

"Fenerbahçe"də ayrılıq

"Fənərbaxça" komandadan qovulması gündəmdə olan Joao Pedro ilə yollarını rəsmən ayırdıqlarını açıqlayıb.

"Fenerbahçe" klubu braziliyalı futbolçu Joao Pedro ilə müqaviləni ləğv etdiyini açıqlayıb.

Məsələ ilə bağlı sarı-göylər klubunun açıqlaması belədir:

"Peşəkar Futbol A Komandasının oyunçularından olan Joao Pedro ilə qarşılıqlı razılıq əldə olunub və müqaviləsinə xitam verilib. Futbolçuya karyerasında uğurlar arzulayırıq".

2022-2023 mövsümündə İtaliyanın "Cagliari" komandasından transfer olunan 32 yaşlı futbolçu "Fenerbahçe"nin heyətində 20 liqa, 7 Avropa və 1 Ziraat Türkiyə Kuboku yarışlarında çıxış edərkən 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mənbə: TRT Haber
Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər