FES-in rəhbəri ola bilərəm
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett ABŞ-nin Federal Ehtiyat Sisteminin (FES) sədri postuna namizəd göstəriləcəyi təqdirdə bu vəzifəni məmnuniyyətlə qəbul edəcəyini bildirib.
"İnformator.az" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
“Maliyyə bazarları FES-də yeni rəhbərin olacağını gözləyir. Hamı prezident Donald Trampın seçim edəcəyini düşünür. Əgər o, məni seçsə, ölkəyə layiqincə xidmət etməkdən məmnun olaram”, - deyə Hassett bildirib.
O, Trampın ixtiyarında bu vəzifə üçün çox sayda əla namizədin olduğunu və hər birinin quruma böyük fayda verə biləcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent noyabrın 18-də Trampın FES sədri postuna namizəd seçimi ilə bağlı qərarını katolik Miladına qədər verəcəyini açıqlayıb.