00:00:00
Yazar
Admin User
10.03.2023 08:07 236 1 dəq oxuma
Yoxdur

FHN: Ötən sutka ərzində 30 yanğına çıxış olub.

FHN: Ötən sutka ərzində 30 yanğına çıxış olub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyati qurumları tərəfindən ötən sutkada ölkə ərazisində 30 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, bir nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər