Fidan İran Prezidenti Pezeşkiyan ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan, İran Prezidenti Məsud Pezeşkiyan ilə Tehranda görüşüb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, işgüzar səfər üçün İranda olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Pezeşkiyan ilə görüşüb.
Fidan səfər çərçivəsində İran İslam Məsləhət Şurasının sədri Məhəmməd Baqir Qalibaf ilə də görüşüb.
İranın rəsmi IRNA xəbər agentliyinə görə, işgüzar səfər üçün İranda olan Fidan, İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüşüb.
Görüş zamanı tərəflər regionun mühüm təhlükəsizlik məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Suriyada və Qəzzadakı son vəziyyət, eləcə də İsrailin təcavüzkar mövqeyi müzakirənin əsas mövzularını təşkil edib.
Hər iki rəsmi, regional böhranların idarə olunması üçün Ankara ilə Tehran arasındakı koordinasiyanın əhəmiyyətinə toxunub.
İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani, səfərlə bağlı sosial media hesabında türkcə paylaşım edərək belə yazıb: “Öz evinizə xoş gəldiniz. İran və Türkiyə arasında daha çox əməkdaşlıq ümidi ilə”.
Türkiyənin xarici işlər naziri Fidan, Tehran səfəri çərçivəsində ardıcıl olaraq həmkarı Abbas Arakçı, Məclis Sədri Məhəmməd Baqir Qalibaf və Prezident Məsud Pezeşkiyan ilə də görüşüb.
TRT XƏBƏR
Lalə Qurbanlı