Fidan Rusiyada Ukrayna ilə bağlı aparılan danışıqların nəticələrini Kallasla bölüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb. Söhbət zamanı Fidan 26-27 may tarixlərində Rusiyada baş tutan danışıqların nəticələrini Kallasla bölüşüb.
“İnformator.az” xəbər verir ki, telefon danışığında Rusiya və Ukrayna arasında müharibənin dayandırılması istiqamətində atılan addımlar da müzakirə olunub.
"Nazir, həmçinin Rusiyada keçirilən görüşlərlə bağlı təəssüratını bölüşüb və yaxın günlərdə planlaşdırılan Ukrayna səfəri barədə qiymətləndirmə aparıb", - deyə mənbə qeyd edib.