00:00:00
Yazar
Güllər Gülhüseynova
05.03.2026 09:08 17 1 dəq oxuma
Dünya

Finlandiya nüvə silahlarının tranzitinə qoyulan qadağanın ləğvini müzakirə edir

Finlandiya nüvə silahlarının tranzitinə qoyulan qadağanın ləğvini müzakirə edir

Finlandiya hökuməti nüvə silahlarının öz ərazisindən tranzitinə qoyulan qadağanı ləğv etməyi düşünür.


"İnformator.az" xəbər verir ki, bu barədə "Yle" televiziya və radio şirkəti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Hazırda bu cür silahların daşınmasına məhdudiyyətlər Nüvə Enerjisi Qanununda təsbit olunub. Xüsusilə, qadağa quru və dəniz yolu ilə, eləcə də ölkənin hava məkanından tranzitə şamil edilir.

 

Finlandiya Müdafiə Nazirliyi qanunvericilikdə dəyişiklik edilməsini nəzərdən keçirir. Qadağanın ləğvi qərarı Finlandiyanın NATO-ya bu yaxınlarda qoşulması və regiondakı mürəkkəb geosiyasi vəziyyət kontekstində müzakirə olunur.

 

Məhdudiyyətlər aradan qaldırılarsa, ittifaq ölkələrindən nüvə silahlarının Finlandiya ərazisindən tranzitinə icazə veriləcək.

#tranzitinə #nüvə #xəbər #gündəm #qadağanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər