00:00:00
Yazar
Admin User
26.08.2025 18:43 148 1 dəq oxuma
Dünya

Finlandiya piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır

Finlandiya piyada əleyhinə minalardan istifadəni bərpa etməyi planlaşdırır

Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə minaların istifadəsini bərpa etməyi planlaşdırır.


“İnformator.az”
 xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı məlumat yayıb.

 

Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması barədə BMT-yə rəsmi məlumat verib və sazişin denonsasiyası gələn ilin yanvar ayında qüvvəyə minəcək.

 

“Quru qoşunları gələn ilin yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”, - Müdafiə Nazirliyindən bildirilib.


Quru qoşunları mühəndisi Riku Mikkonen əlavə edib ki, 2026-cı ilin yanvar ayından etibarən mövcud müdafiə sisteminə əlavə olaraq minaların sürətlə istismara verilməsi üçün tədbirlər hazırlanacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər