00:00:00
Yazar
Admin User
29.10.2025 17:53 131 2 dəq oxuma
Siyasət

Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sammiti keçiriləcək

Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sammiti keçiriləcək

 

Dekabrın 16-da Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıqlarının müzakirə olunacağı yüksəksəviyyəli sammit keçiriləcək.

 

Mövzu ilə bağlı olaraq politoloq Elman Nəsirov "İnformator.az" a açıqlamasında bildirib ki, bu sammitdə müdaifə məsələləri həll olunacaq:

 

"16 dekabr tarixində Finlandiyanın paytaxtı Helsinki şəhərində Polşa, Almaniya və Bolqarıstan kimi Balkan ölkələrinin dövlət başçılarının iştirakı ilə sammit keçiriləcək. Bu sammitdə müdafiə məsələləri müzakirə olunacaq. Belə bir sammitin keçirilməsi təsadüfi deyil. Nəzərə alsaq ki, Finlandiya 2023-cü ilin 4 aprel tarixindən etibarən NATO üzvüdür, baxmayaraq ki, uzun illər neytral siyasət aparmışdır, Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlar fonunda Finlandiya öz təhlükəsizliyini NATO-da görməyə başladı. Bu baxımdan tədbirin Finlandiyada keçirilməsi məntiqlidir, çünki Finlandiya NATO-nun yeni üzvüdür. Eyni zamanda, Helsinki uzun müddət neytral ölkə olsa da, indi NATO ölkələrinin müdafiə sammitinə ev sahibliyi edir.Sual yaranır ki, bu zərurət haradan yaranıb? Bu, ilk növbədə Rusiya-Ukrayna müharibəsi və onun ağır hərbi nəticələri ilə bağlıdır. Belə ki, Baltikyanı ölkələrdə və NATO-ya üzv olan Şərqi Avropa ölkələrində, xüsusən Polşa, Rumıniya və Bolqarıstanda belə bir narahatlıq var ki, əgər Moskva bu müharibədə öz strateji məqsədlərinə nail olarsa, növbəti hədəf bu ölkələr ola bilər. Bu səbəbdən həmin ölkələrin dövlət başçılarının müdafiə məsələlərinə dair sammit keçirməsi olduqca vacibdir.Birləşmiş Ştatlarda Tramp administrasiyası dövründə NATO üzrə müttəfiqlərə yeni hərbi öhdəliklər qoyulmuşdu və bu öhdəliklərə əsasən NATO ölkələri müdafiə xərclərinə öz büdcələrindən daha çox vəsait ayırmalıdırlar. Artıq NATO ölkələri hərbi müdafiə üçün ÜDM-nin 5%-ə qədərini ayırmalıdırlar. Bu, ağır yükdür, lakin çıxış yolu yoxdur. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda belə bir fikir formalaşıb ki, bu ölkələr öz müdafiə potensiallarını artırmalıdır.
Əsas məsələlərdən biri də maliyyələşmədir. NATO-nun yeni üzvləri olan Baltikyanı və Şərqi Avropa ölkələrinin müdafiə əməkdaşlığını gücləndirməsi üçün əlavə maliyyə vəsaiti tələb olunur. Avropa İttifaqının son sammitində 2030-cu ilə qədər müdafiə sahəsinə ayrılacaq büdcə müzakirə olunub. Beləliklə, bu ölkələrin müdafiə əməkdaşlığı üçün əsas məsələ məhz bu prosesin maliyyə təminatıdır.Xüsusilə ABŞ bu maliyyə proseslərindən geri çəkildiyi üçün məsələ daha da aktuallaşır. ABŞ-nin mövqeyi budur ki, Ukraynanın hərbi təchizatı artıq Avropa ölkələrinin üzərinə düşür. ABŞ artıq Ukraynaya pulsuz silah vermək istəmir. Avropa ölkələri öz vəsaiti ilə bu silahları almalı və Ukraynaya təqdim etməlidir. Bu reallıq Şərqi Avropa və Baltikyanı ölkələr tərəfindən ciddi şəkildə dərk olunur. Nəticə isə budur, onlar güclənməlidirlər və bunun üçün maliyyə mənbəyi tapılmalıdırlar.
Avropa İttifaqının əsas üzv dövlətlərinin bu prosesdə Şərqi Avropa ölkələrinə dəstək verməsi əsas prioritetlərdəndir və 16 dekabr tarixində keçiriləcək sammitdə bu məsələlər ətrafında ciddi müzakirələr gözlənilir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər