00:00:00
Yazar
Admin User
23.09.2025 16:38 101 2 dəq oxuma
Siyasət

Fələstin məsələsində iki dövlətli həll tək çıxış yoludur

Fələstin məsələsində iki dövlətli həll tək çıxış yoludur

Kreml sözçüsü Dmitriy Peskov bildirib ki, İsrail və Fələstin arasında artan gərginlik fonunda iki dövlətli həll bu məsələdə yeganə çıxış yolu olaraq qalır.


Mövzu ilə bağlı politoloq Zuriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstin məsələsi Rusiya üçün xüsusilə ”Qlobal Cənub” ölkələri ilə yaxınlaşmaq baxımından əlverişli vasitədir:

 

“ Rusiyanın iki dövlətli həlli dəstəkləməsi həm geosiyasi, həm də diplomatik maraqlarının birləşməsindən qaynaqlanır. Moskva uzun illərdir Yaxın Şərqdə balans siyasəti yürüdür: bir tərəfdən İsraillə müəyyən əməkdaşlıq əlaqələrini saxlayır, digər tərəfdən isə ərəb ölkələri ilə strateji tərəfdaşlıqlar qurmağa çalışır. İki dövlətli həllə dəstək verməklə Rusiya beynəlxalq hüquqa sadiqliyini göstərir, həm də ABŞ-nin bölgədəki dominant mövqeyinə alternativ aktor rolunu gücləndirir. Bu, Moskvanın regiondakı vasitəçi statusunu möhkəmləndirmək və həm diplomatik, həm də iqtisadi təsir imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Latın Amerikası, Afrika və Asiyanın bir çox dövlətləri Fələstinlə həmrəylik mövqeyini açıq şəkildə ifadə edir. Moskvanın bu xətti dəstəkləməsi həmin dövlətlərdə siyasi simpatiya qazanmasına, həmçinin BRİCS+ və digər platformalarda öz təsir dairəsini genişləndirməsinə imkan verir. Rusiya Qərb sanksiyalarından sıxıldığı bir vaxtda yeni diplomatik müttəfiqlər üçün əlverişli zəmində çıxış edir”.

 

Politoloq eyni zamanda açıqlamasında bildirib ki, Rusiyanın mövqeyi beynəlxalq sülh səylərinə də müəyyən təsir göstərir:

 

“İki dövlətli həllə dəstək beynəlxalq konsensusun əsas sütunlarından biri olaraq qəbul edildiyi üçün Moskvanın bu mövqeyi rəsmi proseslərin legitimliyini artırır. Lakin eyni zamanda, Rusiyanın bölgədəki hərbi iştirakçılığı və digər münaqişələrdə aktiv rolu Qərb tərəfindən birmənalı qarşılanmır. Buna baxmayaraq, Moskvanın açıq şəkildə iki dövlətli həlli önə çıxarması Yaxın Şərqdə sabitliyin bərqərar olması üçün vacib diplomatik element olaraq qalır”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər