00:00:00
Yazar
Admin User
13.10.2025 19:06 127 1 dəq oxuma
Dünya

Fələstinli məhbuslar ilk dəfə "TRT News"a danışıblar

Fələstinli məhbuslar ilk dəfə "TRT News"a danışıblar

Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad edilən fələstinli məhbuslar azadlığa çıxdıqdan sonra ilk dəfə Türkiyə televiziyası "TRT News"a danışıb.

 

İsrailin ömürlük həbsə məhkum etdiyi 83 fələstinli məhbusun azad edilməsi ilə Qərb Sahilində ailələrinə qovuşma anları yaşanıb. "TRT News" həmin emosional görüşləri lentə alıb.

 

Məhbuslardan biri bildirib:

 

"Bizi başqa həbsxanadan Ofer həbsxanasına gətirdilər. Hara getdiyimizi bilmirdik, azad ediləcəyimizi demədilər". 

 

Digər məhbus isə qeyd edib :

 

"İçəridə vəziyyət çox ağır idi. İsrailin qeyri-qanuni məhkəmə prosesi nəticəsində 10 il həbs cəzası aldım. Azad oldugum üçün çox xoşbəxtəm".

 

Qeyd edək ki, atəşkəs razılaşmasının ilk mərhələsində 83 fələstinli məhbus azad edilib, növbəti mərhələdə daha 250 nəfərin azad olunması planlaşdırılır.

 

TRT Haber 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər