“Fənərbaxça” oyununun hazırlıqları başlayıb
“Beşiktaş”ın əsas komandası Trendyol Super Liqasının XI turunda “Fənərbaxça” ilə keçirəcəyi qarşılaşmanın hazırlıqlarına fasiləsiz şəkildə bu səhər BJK Nevzat Demir bazasında baş tutan məşqlə başlayıb. Mətbuata qapalı şəkildə keçirilən məşq təxminən 1 saat 20 dəqiqə davam edib.
Baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında baş tutan məşq fiziki hazırlıq və taktiki çalışmalar üzərində qurulub. Dünənki oyunda iştirak edən futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə isinmə qaçışları və “5-ə 2” top qapma çalışmasından sonra dar sahədə keçirilən ikitərəfli oyun və qaçışla məşqi yekunlaşdırıblar.
Beşiktaş TV
Nazim Xeyrxəbərli