Əfqan miqrantlar kütləvi şəkildə ölkələrinə qayıdır
Müharibələr, siyasi böhranlar və iqtisadi problemlər səbəbindən onilliklər ərzində başqa ölkələrə mühacirət edən Əfqanıstan vətəndaşlarının bir qismi son vaxtlar kütləvi şəkildə ölkələrinə qayıtmağa başlayıb.
Əfqan rəsmiləri bildiriblər ki, təkcə aprel və may aylarında ümumilikdə 286 960 nəfər Əfqanıstana qayıdıb. Onların təxminən 155 mini Pakistandan, 111 mini İrandan, 3 mini isə Türkiyədən gəldiyini bildirirlər. Görünür, geri dönüşlər Pakistan və İranın immiqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edir ki, bu kütləvi hərəkat “daha dərin humanitar böhrana səbəb ola bilər”.
Rəsmi məlumatlara görə, Türkiyədə İran və Pakistandan qat-qat az əfqan mühacir var.
BBC NEWS
Səmayə Səftərova