00:00:00
Yazar
Admin User
19.10.2025 05:42 155 1 dəq oxuma
Dünya

Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər

Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər

Əfqanıstan və Pakistan nümayəndələri oktyabrın 18-də Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlarda sərhəddə dərhal atəşkəs barədə razılığa gəliblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

 

"Danışıqlar raundu zamanı tərəflər dərhal atəşkəs və iki ölkə arasında sülhün bərqərar olması, sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlərin yaradılması barədə razılığa gəliblər", - paylaşımda qeyd edilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər