Əfqanıstan və Pakistan sərhədində silahlı qarşıdurma...
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirib. Hava zərbəsi Pakistanın Əfqanıstan-Pakistan sərhədi yaxınlığında Taliban mövqelərinə hücumuna cavab olub.
Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Həşim Səhrablı "İnformator.az" a açıqlamasında bildirib ki, Pakistan Əfqanıstanı öz maraqları üçün təhlükə sayır:
"Əfqanıstan və Pakistan arasında baş verən qarşıdurmanın əsas səbəbi regional siyasətlə bağlı fikir ayrılıqlarıdır. Yəni həm Pakistan, həm də Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi istəyir ki, regionda öz bölgələrini gücləndirsin və bölgədə əsas güc kimi çıxış etsin. Ona görə də maraqlar bir yerdə toqquşur. Yəni fikir verin, Pakistanın əbədi və əzəli düşməni sayılan Hindistanla münasibətlərində Əfqanıstan tərəfi, daha doğrusu indiki Taliban rejimi, həmişə Hindistanı özünə daha yaxın bilib və Hindistanla Talibanın əlaqələri kifayət qədər də yaxşıdır. Pakistan da təbii ki, bunu özünə təhlükə hesab etdiyi üçün Əfqanıstanda Taliban rejimini ya dəstəkləmir, ya da onun qarşısına şəxslər qoyur. Bu da əlbəttə ki, Talibanın narazılığına səbəb olur. Ona görə də fikir ayrılıqları ilk günlərdən başladı, başladı və bu gün də artıq qarşıdurma həddinə çatdı.Eyni zamanda Əfqanıstan özü də Pakistanı təhlükə göstərir, Pakistan da Əfqanıstana və digər təşkilatları öz maraqları üçün təhlükə sayır və onların təsirsizləşdirilməsini lazım görür. Amma açıq bu məsələdə heç Pakistan tərəfi özü də söz sahibi deyil. Amma söz sahibi olarsa belə, sırf Talibana təhlükə vasitəsi kimi onların təsirsizləşdirilməsinə maraqlı olmayacaq.Əlbəttə ki, bir ölkənin suveren sərhədlərinin pozulması və onun hüquqlarının pozuntusudur. Həm də bu, Talibanın hələ də bir çox ölkə tərəfindən terror təşkilatı sayılmaqda qalması reallığı fonunda, həm də terror beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndiriləcək. Pakistan tərəfi də haqlı olaraq bunu dünya ictimaiyyətinin nəzərinə çatdırır və nəticə olaraq da Pakistan tərəfi, biz gördük ki, dünən və bu gün artıq Əfqanıstanda bir neçə sərhəd keçid məntəqəsinə zərbə endirib və bu zərbələrin ilə irəliləyən saatlarda hədəfləri də dəyişər və daha strateji nöqtələr vurular".
Həmçinin siyasi şərhçi bildirib ki, Pakistan-Taliban münasibətləri tənzimlənməlidir:
"Pakistan tərəfi cavab tədbiri olaraq, artıq bu addımı qeyd edək ki, bir neçə keçid məntəqəsinə Talibanın vurub və indi də bir neçə zərbələr endirməyə davam edib. Ola bilər ki, irəliləyən saatlarda daha strateji nöqtələrini də vursun Talibanın, amma bunun genişmiqyaslı müharibəyə keçəcəyi nə Pakistanı, nə də Taliban tərəfini buna gətirməyəcək. Bu, tərəflərin birinin digərindən qorxmasından daha çox, regional reallıqlarda indi heç kimin ilk müharibəyə başlayan tərəf olmaq istəməməsindən irəli gəlir. Daha doğrusu, Taliban tərəfi hesablayır ki, onun Pakistanla mübarizə aparacaq indi hərbi-texniki imkanları yoxdur və bu, məğlubiyyət deməkdir. Hətta onların iqtidardan getməsi ilə belə nəticələnə bilər. İkinci tərəfdən, Pakistan da hesablayır ki, Taliban onun əsas düşməni deyil və yaxud da Taliban Pakistan səviyyəsində bir güc deyil ki, Pakistan özünün əsas düşməni kimi onu görsün və hərbi əməliyyatlara başlayıb onu sıradan çıxarmaqla öz gücünü müəyyən qədər itirsin. Ona görə də indi tərəflər sadəcə biri-birinə güc göstərisi etməyə çalışacaq. Əlbəttə ki, Talibanın belə bir gücü olmadığı üçün indi bir yerdən sonra bu səngiyəcək və tərəflər yenə də əvvəlki ənənəvi mövqelərinə qayıdacaqlar.Region onsuz da təhlükəsiz deyil, sabit də deyil. Davamlı orada partlayışlar olur, elə Hindistanda da, Pakistanda və Əfqanıstanda da. Hər bir ölkənin sərhədləri içində təhlükəsizlikləri, silahlı qruplaşmalar fəaliyyət göstərirlər. Onlar vaxtdaşırı xalqların, sivillərin həyatına qəsd edirlər, dövlətlərin təhlükəsizliyinə qəsd edirlər və hər qrup fərqli bir ölkədən dəstəklənir, maliyyələşir və ya hər hansı xarici ölkələr maraqlıdırlar. Sabit olmayan bir regiondan danışırıq. Ona görə də Pakistan–Taliban qarşıdurması regional təhlükəsizlik məsələsində xüsusi nəyisə ya yaxşı, ya da pis yöndə dəyişə bilməyəcək. Problemlərin həlli üçün ümumi bir konsensus olmalıdır. Hindistan–Pakistan münasibətləri tənzimlənməlidir. Pakistan–Taliban münasibətləri tənzimlənməlidir. Çin və Amerikanın regional pozucu müdaxilələri aradan qaldırılmalıdır ki, biz artıq orada təhlükəsizlikdən və sabitlikdən danışa bilək".
Arzu Poladova
