00:00:00
Yazar
Admin User
16.07.2024 13:56 317 1 dəq oxuma
Dünya

Əfqanıstanın şərqində daşqınlar nəticəsində azı 40 nəfər ölüb

Əfqanıstanın şərqində daşqınlar nəticəsində azı 40 nəfər ölüb

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb, 347 nəfər xəsarət alıb. Bu barədə "informator.az" Tass-a istinadən xəbər verir.

 

"Rayondan verilən məlumata görə, zərərçəkənlərin sayı 347 nəfərdir. Çoxlu evlər dağılıb, 40-a yaxın insan həlak olub (məlumatlar dəyişə bilər)," o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Zaman zərərçəkənlərə lazımi tibbi yardımların göstərildiyini, beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə humanitar yardımların çatdırıldığını qeyd edib. Əfqanıstan mediası Nanqarhar əyalətində güclü yağışların daşqınlara səbəb olduğunu yazıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər