Fransa büdcə böhranı içərisindədir
Fransada ardıcıl hökumətləri devirən büdcə böhranı aşılmaz olaraq qalır. Hökumətin aylarla işindən sonra hazırlanan büdcənin “gəlirlər” bölməsi parlamentdə demək olar ki, yekdilliklə rədd edilib. Baş nazir bu böhranı qarşıdan gələn prezident seçkilərinə fokuslanan və kompromisdən yayınan siyasi partiyaların “riyakarlığı” ilə əlaqələndirib.
Fransada üç ardıcıl hökumətin devrilməsi ilə nəticələnən büdcə böhranı yenidən alovlanıb. 2026-cı il büdcəsinin gəlirlər bölməsi demək olar ki, yekdilliklə rədd edilib.
Büdcənin gəlirlər bölməsi parlamentin tarixi rəddi ilə üzləşib, çünki yalnız bir deputat lehinə səs verib. Hətta hakim partiyanın deputatlarının əhəmiyyətli hissəsinin səsvermədə bitərəf qalması hakimiyyətin ağır vəziyyətini bir daha ortaya qoyub.
Baş nazir Sébastien Lecornu bəyan etdi ki, partiyalar növbədənkənar seçkilər keçirməyi planlaşdırırlar və Parlament milləti büdcə ilə təmin etmək məsuliyyətindən yayınır.
Lecornu deyib: "Bəzi siyasi partiyalar və bəzi prezidentliyə namizədlər "konsensus” anlayışının onların seçki strategiyaları ilə kökündən bir araya sığmadığı qənaətindədirlər. Və biz vəziyyəti əsarətdə saxlayan bəzi siyasi partiyaları müəyyən ideoloji səhvlərə yol verməyə sövq edə biləcək bir növ kinsizliyin və siyasi məqsədəuyğunluğun ortaya çıxdığını görürük. Məncə, bu məsələnin xüsusi əhəmiyyətini nəzərə almaq lazımdır".
Baş nazir Lecornu, mövcud böhranı aradan qaldırmaq üçün təhlükəsizlik və müdafiə kimi beş prioritet məsələyə fokuslanan yeni büdcə planı təqdim edəcəklərini açıqlayıb.
Aydan Əsgərxanlı
CNN Türk