Fransa Durovu ABŞ-yə getməyə qoymayıb
Fransa hökuməti Telegramın təsisçisi Pavel Durova investisiya fondları ilə danışıqlar aparmaq üçün ABŞ-yə səfər icazəsi verməkdən imtina edib.
Məsələ ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə Rumıniyada prezident seçkiləri zamanı baş verib:
“Pavel Durov qeyd etdi ki, Fransa hökuməti xahiş edib ki, Telegram bağlansın. Bildirilib ki, Telegram vasitəsilə Rusiya seçkilərinə təsir etmək istəyir. Fransa hökuməti Durovu Amerika Birləşmiş Ştatlarına qeyd olunan tədbirə göndərsə də, o tədbirə buraxılmayıb.
Bütün dünyada olduğu kimi Avropada da, o cümlədən Fransada da kibertəhlükəsizliklə bağlı mövcud vəziyyətdən çox narahatdırlar. Bilirik ki, Telegram dünyada çox məşhur platformalardan biridir. Nəzərə alsaq, “Facebook” Rusiyada və bir sıra ölkələrdə qadağan edilib, lakin Telegram işlədilir. Fransa hökuməti istəyir ki, Durov Telegram kanalının kodlarını təhlükəsizlik xidmətlərinə versin. Hətta bunu əvvəl Rusiyada Durovdən istəyiblər. Bütün bunlar ondan irəli gəlir ki, hər kəs ölkəsinin kibertəhlükəsizliyi üçün bu kibertexnoloji elementlərə nəzarət etmək istəyir. Son zamanlarda Avropa ölkələrində liberal dəyərlər adı altında nəinki texnologiya sahəsində, həm də başqa sahələrdə görünən və görünməyən senzuralar artırılır. Hazırda sosial şəbəkələr artıq bir təmas elementi deyil. Hətta ölkələrdə hakimiyyət dəyişikliklərinə gətirib çıxara bilər".
Çimnaz Telmanqızı