00:00:00
Yazar
Admin User
12.11.2025 17:28 142 3 dəq oxuma
Siyasət

Fransa Fələstin qüvvələrinə dəstək verməyə hazırdır

Fransa Fələstin qüvvələrinə dəstək verməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib ki, Fransa Qəzza zolağında vəziyyətin sabitləşməsi üçün Fələstin təhlükəsizlik və polis qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Fransanın Qəzzayə təhlükəsizlik dəstəyi göstərməsi bölgədəki ümumi vəziyyəti dəyişmək gücündə deyil:

 

"Son vaxtlarda Fransa beynəlxalq siyasətdəki rolunu demək olar ki, itirib. Lakin bu, o demək deyil ki, Fransa dövlət olaraq gücünü tam itirib və ya beynəlxalq aləmdə təcrid olunub. Xeyr, onun müəyyən təsiri qalmaqdadır, amma ciddi məsələlərdə, xüsusilə də Yaxın Şərqdəki nizamlanma prosesində rolu xeyli azalıb və artıq ikinci plana düşüb. Bu məsələdə əsas söz sahibi olan güclər – Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və təbii ki, Yaxın Şərqin əsas mərkəzi kimi Türkiyədir. Belə bir şəraitdə Fransanın hər hansı qərar qəbul etməsi, bölgədə yeni missiyaya başlaması və ya əvvəlki missiyaları bərpa etməsi real vəziyyəti dəyişə bilməz. Çünki əgər Fransanın və ümumilikdə Avropanın bu qədər gücü varsa, onda ilk növbədə Ukrayna problemini həll etsinlər, Rusiyaya qarşı açılmış cəbhəni tamamlaya bilsinlər və öz təhlükəsizliklərini təmin etsinlər. Ondan sonra Yaxın Şərqin təhlükəsizliyindən danışmaq daha məntiqli olardı.Hazırda Rusiyaya qarşı özlərinin problemi olan Ukrayna cəbhəsində belə bir nəticə əldə edə bilməyən Fransa, Yaxın Şərqdə – xüsusilə də burada maraqları olan Rusiya kimi bir gücün təsiri fonunda – nə ilə fərqlənə bilər? Rusiya bölgədə, bəzən birbaşa, bəzən də İran vasitəsilə aktiv şəkildə proseslərə müdaxilə edir. Belə bir reallıqda Fransa hansı üstünlükləri və ya alternativ vasitələrlə bu güclərlə rəqabət apara bilər? Etnik və dini baxımdan da Fransanın burada bir üstünlüyü yoxdur – nə yəhudilərlə, nə də fələstinlilərlə ortaq kimlik və bağları mövcuddur. İqtisadi baxımdan da Fransa ABŞ və Çin kimi güclü dövlətlərlə rəqabət apara bilməz. Üstəlik, bölgədəki savaş təkcə iqtisadi xarakter daşımır; burada tranzit yollarına nəzarət, strateji mövqelər və siyasi maraqlar da əsas rol oynayır. Mədəni baxımdan yanaşdıqda da Fransanın üstünlüyünü qeyd etmək çətindir. Deməli, istənilən istiqamətdən baxsaq, Fransanın bu məsələdə səylərinin effektiv olacağı inandırıcı görünmür. Makronun bu addımı Avropa İttifaqının Yaxın Şərqdəki rolunu gücləndirmək məqsədi daşıyırmı? Bəli, məqsəd həm Fransanın öz təsirini artırmaq, həm də Avropa İttifaqını vasitə kimi istifadə edərək təsir imkanlarını genişləndirməkdir. Lakin reallıq budur ki, Fransa artıq Rusiya, Çin, ABŞ, hətta Böyük Britaniya ilə qlobal rəqabətdə uduzub.Yaxın Şərqdə isə, mən deyərdim ki, Fransa artıq Türkiyəyə də uduzmuşdu və son proseslər göstərir ki, İrana da məğlub olmaq üzrədir. Bu günkü Fransa artıq Napoleon dövrünün Fransası deyil. Reallıqlar tamamilə dəyişib. Onun donanma və hərbi gücü əvvəlki kimi dünyanın ən güclüləri sırasında deyil.Bütün bunları nəzərə alsaq, Fransa hazırda daha çox öz milli maraqlarından çıxış etməyə çalışır. Makron hökuməti bu istiqamətdə fəallıq göstərsə də, mövcud beynəlxalq şərait Fransanın xeyrinə işləmir".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər