00:00:00
Yazar
Admin User
23.09.2025 11:52 262 2 dəq oxuma
Siyasət

Fransa Fələstini tanıyıb

Fransa Fələstini tanıyıb

Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini rəsmi şəkildə tanıması ölkədə geniş rezonansa səbəb olub.


Bu hadisəyə cavab olaraq, Fransa üzrə 90-dək bələdiyyə, eləcə də Lyon, Nant, Sen-Deni, Jenevilye və Malakof şəhərlərinin meriyaları binalarında Fələstin bayrağını ucaldaraq həmrəylik nümayiş etdirib. Fransa Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım hər bir halda Fələstin üçün dəstəkdir:


“Fransanın Fələstini tanıması digər dövlətlərin də tanımasına yol açacaq. Böyük Britaniyanın da tanıması əslində bu problemin həllinə təkan verib. Avropa İttifaqının digər ölkələri də bundan nümunə götürəcək. Fələstin ilə bağlı artıq Qərbin real hərəkətə keçməsi müşahidə olunur. ABŞ-nin İsraili dəstəkləməsi fonunda Avropanın da Fələstini dəstəkləyərək balans yaratmaq cəhdləri reallaşa bilər. Doğrudur, müəyyən şərhçilər Avropa ölkələrinin Fələstini tanımasını ciddi olmayan addım kimi xarakterizə edirlər. Bunu siyasi balans yaratmaq naminə atılan addım kimi qiymətləndirirlər. Ancaq hər bir halda bu, Fələstin üçün dəstəkdir və BMT-nin ikili dövlət prinsiplərinə tam uyğun addımdır. Fransada Fələstin bayraqlarının qaldırması son dövrdə müsəlman aləmində Fransanın itirilmiş nüfuzunun bərpası roluna xidmətdir. Əsas olan tanımaq deyil, dəstək vermək, problemin tam həllinə real addımlar atmaqdır. Fransanın daxilində buna münasibət ikili ola bilər. Əzilən Fələstin xalqının müdafiə olunmasının tərəfdarları olanlar, eyni zamanda Fransanın ərəb, müsəlman ölkələri ilə münasibətlərinin inkişafında maraqlı olanlar dəstəkləyəcək. Lakin anti-islamçılar buna etiraz edə, qarşı çıxa bilər. Ərəbləri Fransada görmək istəməyənlər də Fransanın bu addımını xoş qarşılaşmaya bilər. İsraillə münasibətlərin gərginləşəcəyi gözlənilir. Amma Avropa İttifaqı ölkələrinin Fələstini tanımasının siyasi balans yaratmaq üçün, yoxsa ciddi atılmış addım olduğu hələ məlum deyil. Bunu nəticələr və İsrailin reaksiyaları sübut edəcək”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər