00:00:00
Yazar
Admin User
27.11.2025 16:23 93 1 dəq oxuma
Dünya

Fransa həbsxanasından iki məhbus niqaba bürünərək qaçıb

Fransa həbsxanasından iki məhbus niqaba bürünərək qaçıb

Fransa həbsxanasında iki məhbus kameralarının barmaqlıqlarını mişarla kəsərək qaçıblar. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Agence France-Presse" prokurorluğa istinadla məlumat yayıb. 

 

Məhbuslar qaçarkən üzlərini parça ilə örtüblər. 

 

Hadisə Fransanın şərqində Dijon şəhərindəki həbsxanada baş verib. 

 

Dijon prokuroru Olivier Karakocun sözlərinə görə, qaçan şəxslərdən biri adam öldürməyə cəhdə görə 2024-cü ilin oktyabr ayında həbs edilmiş 19 yaşlı gənc, digəri isə 2023-cü ildən tərəfdaşına qarşı təhdid və zorakılığa görə həbsə olunan 32 yaşlı kişidir.


Qaçan məhbusların tapılması üçün axtarış tədbirləri davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər