00:00:00
Yazar
Admin User
02.06.2025 17:26 168 1 dəq oxuma
Dünya

Fransa Prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli oğurlanıb

Fransa Prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli oğurlanıb

Fransanın paytaxtı Parisdə yerləşən mum heykəl muzeyindən Prezident Emmanuel Makronun heykəli oğurlanıb.

 

Milli mətbuatın polis mənbələrinə istinadən verdiyi xəbərə görə, oğurluq Parisin 9-cu bölgəsində yerləşən və məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Grevin Muzeyində baş verib.

 

Səhər saatlarında muzeyə daxil olan iki qadın və bir kişi Makronun heykəlini oğurlayıb. Greenpeace təşkilatının üzvləri olduqları bildirilən şübhəlilər, içəri girdikdən sonra geyimlərini dəyişərək muzey işçiləri kimi davranıblar. Şübhəlilər heykəli örtüyə bükərək muzeyin təcili çıxış qapısından çıxarıblar.

 

Hürriyyət

Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər