00:00:00
Yazar
Admin User
24.09.2025 18:28 100 2 dəq oxuma
Siyasət

“Fransa son dövrlərdə beynəlxalq siyasətdə söz sahibliyi rolunu itirir”

“Fransa son dövrlərdə beynəlxalq siyasətdə söz sahibliyi rolunu itirir”

Fransa Prezidenti Emmanuel Makron bəzi tarixi hadisələri soyqırım kimi tanımadığını açıqlayıb. Bu açıqlama həm beynəlxalq, həm də regional müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Prezidentin bu açıqlaması Fransada daxili müzakirələrə ciddi təsir göstərə bilər:

 

“Makronun soyqırımı tanımamaqla bağlı açıqlamaları ölkə daxilində müxtəlif narazılıqlara və siyasi müzakirələrə səbəb olur. Fransa uzun illər etibarlı nüfuzunu qorumağa çalışsa da, son dövrlərdə bu etibar sürətlə itir. Haqsızı müdafiə edən, haqlının isə haqsız yerə cəzalandırıldığı proseslərdə fəal iştirak edən Fransa hazırda daxili siyasətində etiraz aksiyaları və siyasi böhranlarla üzləşir. Bu açıqlamalar ölkə içərisində Makronun nüfuzunu daha da zəiflədə bilər. Prezidentin soyqırımı tanımamaqla bağlı mövqeyi yalnız xarici siyasətinə deyil, həm də daxili siyasətinə mənfi təsir göstərir. Ölkədəki siyasi liderlər və cəmiyyət Prezidentin qərarlarını ciddi qəbul etməyə bilər, bu da daxili böhranların dərinləşməsinə gətirib çıxara bilər. Fransa uzun illər boyu Cənubi Qafqazda, xüsusilə Ermənistana dəstək verərək bölgədə mövqeyini qorumağa çalışıb. Lakin işğalçı Ermənistanın vəziyyətinin dəyişməsi və uydurma ittihamların ifşa olunması ilə bu strategiya artıq işləməyəcək. Makronun açıqlamasını digər ölkələr diqqətlə izləyir və bu Fransa ilə diplomatik münasibətlərin yenidən formalaşmasına səbəb ola bilər. Fransanın regiondakı nüfuzuna təsir göstərir və ölkələr arasında etimadın yenidən qurulması prosesini tələb edir”.

 

Həmçinin şərhçi qeyd edib ki, Makronun açıqlaması bölgədə müxtəlif reaksiyalar doğurur:

 

“Fransa son dövrlərdə beynəlxalq siyasətdə söz sahibliyi rolunu itirir, hətta ABŞ-də də onun nüfuz əhəmiyyəti itib. Bu açıqlama regiondakı aktorların Fransa siyasətinə baxışını dəyişir və tarixi hadisələrin interpretasiyasına dair yeni diplomatik gərginlik yaradır. Bununla yanaşı, belə açıqlamalar beynəlxalq aləmdə digər ölkələr üçün də siqnal funksiyasını yerinə yetirir ki, tarixi həqiqətlərin bərpası və uydurma iddiaların aradan qaldırılması vacibdir. Nəticədə bu, beynəlxalq münasibətlər sistemində daha ədalətli və şəffaf yanaşmalara stimul verir. Makronun açıqlaması həm Fransa üçün daxili, həm xarici siyasət, həm də regiondakı siyasi stabillik baxımından vacib nəticələrə malikdir. Bu açıqlamalar Fransada etirazların artmasına, siyasi partiyalar arasında gərginliyin yüksəlməsinə, diplomatik əlaqələrdə yenidən koordinasiya və təzyiqlərin yaranmasına səbəb olur. Eyni zamanda, regionda aktorların siyasətinə təsir göstərir və tarixi hadisələrin düzgün qiymətləndirilməsini zəruri edir. Nəticə etibarilə, Makronun mövqeyi yalnız onun şəxsi nüfuzuna deyil, həm də Fransanın beynəlxalq imicinə ciddi təsir göstərir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər