Fransa Ukraynaya daha yüz milyonlarla avro verəcək
Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski iyunun 7-də Parisin Kiyevə daha 650 milyon avro ayıracağı iki saziş imzalayacaqlar.
Yelisey sarayı agentliyə aydınlaşdırıb ki, birinci razılaşmada Fransa İnkişaf Agentliyinin (AFD) ehtiyat fondu vasitəsilə “Ukraynada fəaliyyəti genişləndirmək üçün” kreditlərdə 400 milyon veriləcək. Daha 50 milyon avro isə 2027-ci ilə qədər qrant kimi veriləcək. Nəqliyyat və enerji xərclərin prioritetləri kimi müəyyən edilib.
İkinci saziş çərçivəsində daha 200 milyon Kritik İnfrastruktur Dəstək Fonduna gedəcək. Bu vəsait Fransa şirkətlərinə enerji, nəqliyyat, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrində gələcək tenderlərdə dəstək üçün istifadə olunacaq.
Emmanuel Makron Vladimir Zelenskini cümə günü, iyunun 7-də Yelisey sarayındakı iqamətgahında qəbul edəcək.
Mənbə: Agence France-Presse
