00:00:00
Yazar
Banuçiçək Məmmədova
13.04.2026 16:49 20 1 dəq oxuma
Dünya

Fransa və Britaniya Hörmüzlə bağlı konfrans çağırır

Fransa və Britaniya Hörmüzlə bağlı konfrans çağırır

Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq konfrans təşkil edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron X hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, yaxın günlərdə Fransa və Böyük Britaniya birgə şəkildə çoxmillətli sülhməramlı missiyaya töhfə verməyə hazır ölkələrin iştirakı ilə konfrans keçirəcək:

“Missiyanın əsas məqsədi Hörmüz boğazında gəmiçiliyin sərbəstliyini bərpa etməkdir. Bu təşəbbüs yalnız müdafiə xarakteri daşıyır. Münaqişənin diplomatik yolla həlli vacibdir. Bunun üçün İranın raket və nüvə proqramı, eləcə də regiondakı destabilizasiya fəaliyyəti kimi məsələlərə həll yolu tapılmalıdır. Təkcə Hörmüz boğazında naviqasiyanın bərpası deyil, həm də Livanın suverenliyinə hörmət çərçivəsində sülh yoluna qayıtması vacibdir. Fransa bu prosesə töhfə verməyə hazırdır”.

#baki #çağırır #hörmüzlə #azərbaycan #britaniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər