Fransa və Vyetnam 9 milyard avro dəyərində müqavilə imzalayıb
Fransa və Vyetnam arasında ümumi dəyəri 9 milyard avro olan müqavilələr imzalanıb. Bu barədə Vyetnama dövlət səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlama verib.
“Səfər zamanı 9 milyard avro dəyərində müqavilələr imzalanıb”, – Makron bildirib.
Prezidentin sözlərinə görə, sazişlər demək olar ki, bütün əsas sahələri – o cümlədən aviasiya və dəmir yolu nəqliyyatını – əhatə edir.
“Bağlanmış sazişlər iki ölkə arasında müdafiə, aviasiya və energetika sahələrində möhkəm tərəfdaşlığı vurğulayır”, – deyə prezident əlavə edib.
Qeyd edək ki, Fransa hazırda Vyetnamın beşinci ən böyük Avropa ticarət tərəfdaşıdır.
Mənbə :Caliber
Aytən Ağazadə