Fransada "Formula-1" əfsanəsini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanıldılar
Fransa polisi "Formula-1" üzrə dördqat dünya çempionu Alen Prostun evinin qarət edilməsində şübhəli bilinən şəxsləri saxlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Pontuaz şəhər prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 21-22 yaşlarında üç nəfər, eləcə də 16-17 yaşlarında iki yeniyetmə saxlanılıb.