Fransada məhkəmə sabiq Prezident Sarkozinin azad edilməsinə qərar verib
Fransada “Liviya işi” çərçivəsində cinayət təşkil etməkdə ittiham edilərək 5 il həbs cəzasına məhkum olunan və 20 gündür həbsdə olan sabiq Prezident Nikola Sarkozinin məhkəmə nəzarəti şərti ilə azad edilməsinə qərar verilib.
Paris Apellyasiya Məhkəməsində keçirilən iclasda Cumhuriyyət Prokurorluğu, 21 oktyabrda La Santé Həbsxanasına daxil olan Sarkozinin məhkəmə nəzarəti şərti ilə azad edilməsini tələb edib.
İclasda video-konfrans vasitəsilə iştirak edən Sarkozi, məhkum edildiyi Liviya işi çərçivəsində üzərinə yönələn ittihamları bir daha rədd edərək, həbs şəraitinin çətin olduğunu qeyd edib.
Sarkozi bildirib:
“Həbsxanaya getmək üçün 70 il gözləyəcəyimi heç vaxt xəyal etməzdim. Bu əzabı mənə yaşatdılar, çəkdim. Çətin, çox çətindir”.
Ölkəsini sevdiyini vurğulayan Sarkozi dedi:
“Həqiqətin üzə çıxması üçün mübarizə aparıram”.
Prokurorluğun tələbi əsasında məhkəmə Sarkozinin məhkəmə nəzarəti şərti ilə azad edilməsinə qərar verib.
Məhkəmə həmçinin, məhkəmə nəzarəti şərtləri çərçivəsində Sarkozinin Ədalət Naziri Jerar Darmanin ilə əlaqə saxlamasını qadağan edib.
Sarkozinin bu gün həbsxanadan çıxması gözlənilir.
TRT XƏBƏR
Lalə Qurbanlı