Fransada məscid və Türk dərnəyi irqçi hücumlara məruz qalıb
Fransada bir məscid və Dini İşlər üzrə Türk-İslam Birliyi (DİTİB) ilə əlaqəli bir dərnək irqçi hücumların hədəfi olub.
Qurani-Kərimin nüsxələri Ote-Luara departamentindəki Puy-en-Velay şəhərindəki bir məsciddə bir qrup tərəfindən cırılıb yerə atılıb, Ayn departamentindəki Monreal-la-Klüz şəhərindəki bir dərnəkdə isə güllə atılıb.
Fransa İslam Şurası (CFCM) məscidə edilən hücumu pisləyən və məscid icması ilə həmrəyliyini ifadə edən yazılı bir bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, "ibadət yerinin ortasında müsəlmanların müqəddəs kitabına edilən hücum heç bir halda yüngül qəbul edilməməli olan ciddi bir İslamofobiya aktıdır".
Hökumət müsəlmanları hədəf alan "qərəzli sorğular, hesabatlar və etiketləmə təklifləri"nin son zamanlar yayılmasında bu cür hərəkətlərin artması riski barədə xəbərdarlıq edib və müsəlmanları ayıq-sayıq olmağa çağırıb. DİTİB rəhbərliyi assosiasiyaya edilən hücumla bağlı açıqlama verərək bildirib ki, "Monreal-la-Klüz türk icmasını və birgəyaşayış təcrübəsini hədəf alan bu hücumu qınayırıq və assosiasiya üzvlərimizə ən xoş arzularımızı bildiririk". Bəyanatda "qorxu və təhdid yaratmağı hədəfləyən bu hərəkət"lə bağlı hüquqi tədbirlər görüləcəyi elan edilib və hakimiyyət orqanları sağlam düşüncə və həssaslıq nümayiş etdirməyə çağırılıb.
TRT Xəbər
Xədicə Məhərrəmli