Fransada Qəzza görüşü başlayıb!
Parisdə Qəzza görüşü başlayıb. Fransanın paytaxtı Parisdə Qəzzada qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının icrasını müzakirə etmək üçün xarici işlər nazirlərinin görüşü başlayıb.
Fransa Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək görüşdə Qəzzada əldə olunan və qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşması, bölgənin yenidən qurulması və humanitar yardımların çatdırılması kimi müxtəlif məsələlərin müzakirə olunacağı gözlənilir.
İclasda Türkiyə, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avropa İttifaqından (Aİ) nümayəndələr iştirak edib. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da qatıldığı toplantı Fransa prezidenti Emmanuel Makron və Fransa xarici işlər naziri Jan Noel Barrotun açılış nitqindən sonra bağlı qapılar arxasında davam edib.
Haber Global
Ayan Eyvazova