00:00:00
Yazar
Admin User
18.09.2025 19:26 149 2 dəq oxuma
Siyasət

Fransada siyasi böhran dərinləşir

Fransada siyasi böhran dərinləşir

Fransada müxalifət hökumətə qarşı etimadsızlıq səsverməsinə hazırlaşır. Sol qüvvələr Prezident Emmanuel Makronun istefasını tələb edir, yeni Baş nazir Sebastyen Lekorn isə hələ kabinetini formalaşdırmayıb. Bu, ölkədə siyasi böhranı daha da dərinləşdirir və Fransanın daxili siyasi sabitliyinə təsir edir.

 

Mövzu ilə bağlı politoloq Elşad Paşasoy “İnformator.az”a açıqlamasında bildirib ki, Fransadakı siyasi böhranın kökləri uzunmüddətli daxili narazılıqlardan və Makron hökumətinin siyasətinə qarşı artan etirazlardan qaynaqlanır:


“Müxalifətin etimadsızlıq səsvermə təşəbbüsü və yeni Baş nazirin kabinetini hələ formalaşdırmaması Fransadakı siyasi sistemi qeyri-müəyyənliyə sürükləyir və hökumətin effektiv fəaliyyətinə mənfi təsir göstərir. Fransa tarixən beynəlxalq siyasətdə, o cümlədən Azərbaycan məsələlərində aktiv rol oynayıb. Makron dövründə bir sıra qərəzli qərarlar qəbul edilib, lakin Azərbaycan dövləti və ordusu öz mövqeyini qoruyaraq regional sabitliyi təmin edib. Fransadakı siyasi böhran həm daxili, həm də xarici siyasətə təsir göstərir, və bu, Makronun xalqdan aldığı dəstəyi zəiflədir. Fransadakı böhranın Avropa İttifaqı ölkələrinə və beynəlxalq ictimaiyyətə də təsiri olacaq. Borcun artması, əhalinin narazılığı və hökumətə etirazlar Makronun siyasətini daha da çətin vəziyyətə salır. Rusiyanın xarici siyasət və hərbi addımları da Fransadakı daxili siyasətə təsir göstərərək, Makron üçün həm risk, həm də bəzi hallarda siyasi manevr imkanı yaradır. Fransada siyasi böhran davam edərsə, etimadsızlıq səsverməsi və sosial etirazlar ölkənin siyasi sisteminə ciddi təsir göstərə bilər və Makron hökümətinin gələcək mövqeyini risk altına qoyar”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər