00:00:00
Yazar
Admin User
21.10.2025 05:45 123 1 dəq oxuma
Dünya

Fransada tornado nəticəsində 1 nəfər ölüb

Fransada tornado nəticəsində 1 nəfər ölüb

Fransanın paytaxtı Parisin şimalında, Val-d Uaz departamentində tornado nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Fiqaro" qəzeti məlumat yayıb.

 

"Bazar ertəsi axşam Val-d Uazın bir neçə şəhəri tornadodan zərər çəkib. Güclü külək və tornado xeyli maddi ziyan vurub. Bu hadisələr nəticəsində Ermon kommunasında bir nəfər ölüb, dörd nəfər ağır yaralanıb", - xəbərdə deyilir.

 

Qeyd edilir ki, güclü külək ağacları kökündən qoparıb, evlərin damlarını uçurub, həmçinin üç tikinti kranını aşıb.

 

Hazırda hadisə yerində xilasedicilər işləyir - 80 yanğınsöndürən, 50 polis əməkdaşı, 20 təcili tibbi yardım işçisi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər